Böyük Britaniya parlamenti buraxılıb
May 30
08:01
2024
Bu gün Böyük Britaniya parlamenti buraxılıb.
Xatırladaq ki, mayın 22-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak parlamentin buraxılacağını və ölkədə iyulun 4-nə növbədənkənar seçki təyin edildiyini açıqlayıb.
Bu barədə qanunverici orqanın saytında məlumat verilib.
Mövcud qaydalara görə, parlament bu il iyulun 4-nə təyin edilmiş səsvermə gününə 25 iş günü qalmış buraxılmalıdır.
Hazırda İcmalar Palatasının bütün üzvlərinin mandatları başa çatıb və onlar artıq öz seçicilərini təmsil etmirlər. İstənilən halda onlardan hər hansı biri yenidən namizədliyini irəli sürə bilər.
Lordlar Palatasının (Yuxarı Palata) üzvləri isə vəzifələrində qalırlar, çünki onlar seçilmir, baş nazirin tövsiyəsi ilə kral tərəfindən təyin olunurlar.