“ByteDance” ABŞ-da “TikTok”un satışını tələb edən qanuna qarşı iddia qaldırıb
May 08
06:58
2024
Çinin "ByteDance” şirkəti "TikTok” platformasının satışı və ya qadağan edilməsi ilə bağlı Nümayəndələr Palatasının qəbul etdiyi qanuna etiraz etmək üçün ABŞ-da məhkəməyə başlayıb.
"Report” xəbər verir ki, bu barədə "The New York Times” "TikTok”un bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, qəbul edilən qanun ABŞ Konstitusiyasının digər məsələlərlə yanaşı söz azadlığını məhdudlaşdıran qanunvericiliyin qəbulunu qadağan edən Birinci Düzəlişini pozur:
"Şübhə yoxdur ki, bu qanun "TikTok”un 19 yanvar 2025-ci ilə qədər ABŞ-da bağlanmasına səbəb olacaq”.