Bütün bədəni yanan yeddi aylıq körpənin anası: - “İki gün yemək almağa pul tapmadım, acından ağlayırdı”
İyun 19
11:40
2023
2022-ci il təvəllüdlü Zeytulla Hüccət oğlu Nuriyev bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Bu barədə Oxu.Az-a onun anası Aygün Əlizadə məlumat verib.
O bildirib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib:
"Evdə stolun üzərində içi qaynar su ilə dolu elektrikli çaydan var idi. Yeddi aylıq oğlum onun kabelindən dartıb. Çaydanda olan su üzərinə tökülüb.
Biz Lənkəranda yaşayırıq. Təcili yardım maşını ilə Bakıda xəstəxanaların birinə gətirildik. Hadisədən iki həftə keçib. Övladım yardımsevər insanların köməyi ilə bir dəfə dəriköçürülmə əməliyyatı edildi. Lakin əlimizdəki pul bitdiyi üçün müalicəni davam etmək imkanımız yoxdur. Evdə Zeytulladan əlavə, dörd uşağım da var. Onlardan biri serebral iflicdən əziyyət çəkir. Onun müalicələrini çətinliklə qarşılayırdıq. İndi isə körpəmin yanmağı vəziyyətimizi daha da pisləşdirdi. İki gün idi ac idik. Pulum olmadığı üçün övladlarıma yemək də ala bilmirdim. Əlimdə olanı da az-az verirdim ki, başını aldadım. Doymadığı üçün daha çox ağlayırdı. Özüm isə heç nə tapmadım yeməyə. Bura kiməsə tort gətirmişdilər. Həmin tortdan yeyib aclığımı keçirdim. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Bizi bu vəziyyətdən qurtarın. Bizə ilkin olaraq bu ağır mərhələni keçə bilməyimiz üçün 1500 manat pul lazımdır”.

Əlaqə nömrəsi: 051 506 91 02 (Aygün xanım)