Buraxılış imtahanlarında yenilik ediləcək – VİDEO
İyun 20
00:30
2016
Test imtahanlarının şagirdləri bir istiqamətli düşüncə tərzinə yönəltdiyi özünü ifadə və təxəyyül imkanlarını məhdudlaşdırması ilə bağlı iddialar Təhsil Nazirliyini hərəkətə keçirdi. Belə ki şagirdlərdən artıq esse yazmaq da tələb olunacaq. Hansı ki, bu onların mühakimə və özünüifadə qabiliyyətlərini yüksəltməsinə hesablanıb. Yenilik ilk olaraq buraxılış imtahanlarında tətbiq ediləcək.
Xezerxeber.com bildirir ki, növbəti tədris ilindən etibarən 9-cu siniflər buraxılış imtahanında esse yazacaqlar. Şagirdlərin yazı qabliyyətinin yoxlanılması, inkişaf etdirilməsi və stimullaşdırılması məqsədilə tətbiq edilən bu yenilik şagirdlərin yazı nitqinin formalaşdırmasına kömək edəcək.
Təhsil eksperti Əjdər Ağayev deyir ki, şagirdlər üçün yazı imtahanın olmaması onların gələcək fəaliyyətində də təsirini göstərir. Əjdər Ağayevin sözlərinə görə esse ilə yanaşı şagirdlərə planlı yazı işlərinin də tətbiq olunmasına ehtiyac var. Çünki bu cür yazı işləri şagirdlərin analitik təhlil qabiliyyətini inkişaf etdirir.
Qlobal.az