SON XƏBƏR

Bundan sonra Litvanın Belarusiya ilə sərhədini “Frontex” qoruyacaq

İyul 02
10:59 2021
Avropa Sərhəd və Sahil Agentliyi "Frontex”in ilk 6 əməkdaşı Litva və Belarus sərhədinə gəlib. Onlar Litva sərhədçilərinə Belarus ərazisindən Avropa Birliyinə gedən miqrantlarla mübarizə aparmağa kömək edəcəklər.

Qaynarinfo bu haqda məlumatı BNS agentliyinə istinadla verir.

Statistikaya görə, 2021-ci ilin əvvəlindən bu yana Litva sərhədçiləri 672 qanunsuz miqrantı dayandırıb. Bu, 2020-ci ilə nisbətən 8 dəfədən çoxdur. Eyni zamanda, Minskdə qanunsuz olaraq Avropa Birliyinə girmək istəyən təxminən 1,5 min qaçqın ola bilər. Üstəlik, siyahıları Bağdad və İstanbuldan gələnlər tamamlayır.

Təhlükəsizlik qüvvələri Kapçamestis və Druskininkanın iki sərhəd zastavasında yerləşəcək. Zamanla onların sayı 30 nəfərə çatdırılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook