SON XƏBƏR

“Büdcədə pul yoxdursa, camaatda hardan olsun?” – Nura Suri etiraz etdi

Dekabr 19
12:43 2015
"Büdcədə pul yoxdursa, camaatda hardan olsun?” – Nura Suri etiraz etdi Müğənni Nura Suri İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərlə bağlı status yazıb. Sənətçi cərimələrin artırılmasına etiraz edib:
 
"Avtomobillərinizdə yanğınsöndürən balonu və "apteçka” saxlayın. Cəriməsi üç qat artıb. Avtomobildən siqaret kötüyü atsanız, 40 manat cəriməsi var. Yağışlı havada kiminsə üstünə su sıçratsanız cəriməsi 30 manatdır. Bəs yollardakı gölməçələrə görə kimi cərimə edək? Bu gün sabah nəfəsi də qorxa-qorxa alarıq. Büdcədə pul yoxdursa, camaatda hardan olsun?”
 
Qeyd edək ki, aktiv sosial şəbəkə istifadəçisi olan Nura Suri tez-tez sosial məsələlərə münasibət bildirir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook