"Bu yeni mövzu deyil, Nailə xanım Amerika kəşf etməyib" - Sənətşünas
Fevral 03
13:39
2024
"Bu yeni mövzu deyil. Nailə xanım Amerika kəşf etməyib. Sovet dövründə də belə işlər olub, indi də var. O vaxtlar Lətif Kərimov müəyyən qədər bu məsələlərə toxunmuşdu".
Bunu Qaynarinfo-ya Əməkdar mədəniyyət işçisi, sənətşünas Ziyadxan Əliyev Azərbaycan eksponatlarının dünya muzeylərində İran və ya Şərq adı ilə nümayiş olunmasından danışarkən deyib.
Onun sözlərinə görə, bu gün də məsələ ilə bağlı müzakirələr aparılır:
"Lətif Kərimov bu sahədə bir növ avtoritet idi, saysız-hesabsız muzeylərdə olub. Sərgilərdə gördüyü və İran, Qafqaz adı ilə təqdim olunan əsərlərin hər birinin müəllifini tanıyırdı. Təəssüf ki, bu gün elə adamlarımız yoxdur. Belə məsələyə toxunulur, lakin heç kəs vecinə almır, qulaq da asmır. Lətif müəllimin qarşısında təslim olurdular, indikilərin baxmayaraq ki, elmi dərəcələri var, amma nüfuzları yetərli deyil".
Ziyadxan Əliyevin fikirincə, bunu sübut eləmək çətin deyil, sadəcə bu işlə məşğul olmaq lazımdır:
"Qrup yaratmaq lazımdır, mədəni irsin qorunması, təbliği ilə ciddi məşğul olmalıyıq. Bu, Mədəniyyət Nazirliyinin tərkibində deyil, müstəqil bir qrum olmalıdır. Belə qurum xarici ölkələrdə də var. O vaxt əksər miniatürlərimiz sovet dönəmində İran adı ilə təbliğ olunub. Komisiya yaradıb, ekspertlər təyin olunarsa, bunu yoxlamaq çətin olmaz".
Bundan əvvəl Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, tarix üzrə elmlər doktoru, akademik Nailə Vəlixanlı mətbuata müsahibəsində bildirib ki, Azərbaycan eksponatları dünya muzeylərində İran, ya da Şərq adı ilə nümayiş olunur.