SON XƏBƏR

Bu videoya görə icra başçısı danlandı - Məzuniyyəti yarımçıq qoyub işə qayıtdı - FOTO

Yanvar 19
15:00 2026
Xəbər verdiyimiz kimi, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşı Habil Eyvazovun "Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə yuxarı rütbəli şəxslər tərəfindən Füzuli Rayon İcra başçısına xəbərdarlıq edilib, ona dövlətin etimadını doğrultmadığına dair irad bildirilib. 

Bu səbəbdən də həmin görüntülərin çəkildiyi gün məzuniyyətdə olan icra başçısı Alı Alıyev istirahətini yarımçıq qoyaraq işə qayıdıb.

Qeyd edək ki, Gülbahar Eyvazova işdən ayrılmaq üçün bu gün ərizə yazıb.

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook