“Bu, sülhə töhfə verəcək” - Kreml Trampın Ukraynaya yardımı kəsməsindən çox razıdır

Mart 04
14:13
2025
Kreml Donald Trampın Ukraynaya ABŞ hərbi yardımını dayandırması barədə qərarından çox razıdır.
"AzPolitika” xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiyanın bu qərardan məmnunluğunu çatdırıb.
Putinin mətbuat katibi həmçinin bildirib ki, ABŞ Ukraynaya sponsorluq etməyi dayandırarsa, guya "sülhə ən yaxşı töhfəni” verəcək: "Əgər ABŞ həqiqətən də Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlsə, bu, sülh danışıqlarını irəli apara bilər”. O, bu qərarın təfərrüatlarını gözlədiklərini də əlavə edib.