SON XƏBƏR

Bu şəxslər 100 manat cərimələnə bilər

İyun 02
10:27 2023
Bakıda skuterlərdən istifadə edənlərin sayı durmadan artır. Ekoloji təmiz nəqliyyat vasitəsinin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var.

Qaynarinfo xəbər verir ki, skuterlərin səkilərdə sürülməsi piyadalar, yollarda idarə edilməsi isə sürücülər tərəfindən birmənalı qarşılanmır.

Hər iki tərəf skuterlərin onların hərəkətinə mane olduğunu və təhlükəli halların yaşandığını iddia edir. Xarici ölkələrdə skuterlər nəqliyyat vasitəsi kimi qəbul edilir. Bu səbəbdən onların velosiped zolağı ilə hərəkət etməsi problem yaşanmasının qarşısını alır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti "Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir: "Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələrini idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook