SON XƏBƏR

Bu şəxs Bakıya yeni mer gətirilə bilər - FOTO

Mart 05
23:58 2022
Suraxanı rayonunun icra başçısı Əziz Əzizov Bakı şəhər icra hakimiyyətinin başçısı gətirilə bilər. 

Qlobal.az xəbər verir ki, bu barədə "Arqument.az"-a adının çəkilməsini istəməyən mənbə məlumat verib. 

Əziz Əzizov 12 il (2006–2018-ci illər) Cəlilabad rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 
 
 
Əziz Əzizov

O, 2018–2019-cu illərdə Yasamal rayon icra hakimiyyətinin başçısı təyin olunub. 

12 noyabr 2019-cu il tarixində Bakı şəhəri Suraxanı rayon icra hakimiyyətinin başçısı təyin olunub.

Məlumatda deyilir ki, hazırda digər icra başçılarından fərqliliyi ilə seçilməyə və belə bir görüntü yaratmağa çalışan Əzizov hazırki vəzifəsinə tramplin kimi baxır. 

"Hacıbala Abutalıbov da Surxanı rayon icra başçısı vəzifəsindən Bakı meriyasına rəhbər gətirilmişdi. Əzizov da bu vəzifəyə tramplin kimi baxır. Hər halda onun bu vəzifəyə gətirilmə ehtimalı çoxdur, çünki Kərəm Həsənovla çox yaxın münasibəti var", - deyə məlumatda qeyd olunur. 

Görünür, bir müddət öncə müxtəlif media orqanlarında "Prezident Əziz Əzizovu təriflədi" başlıqlı yazılar da təsadüfən dövriyyəyə buraxılmayıb. 

Məlumatla bağlı Surxanı Rayon İcra Hakimiyyətindən və Əziz Əzizovdan münasibət öyrənmək mümkün olmayıb.

Bakının hazırki icra başçısı Eldar Əzizovdur. O, 2000–2003-cü illərdə Bakı şəhəri Nizami rayon icra hakimiyyətinin başçısı, 2003–2011-ci illərdə Gəncə şəhər icra hakimiyyətinin başçısı, 2011–2015-ci illərdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail rayon icra hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Onun adı mediada müxtəlif korrupsiya faktları, dövlət satınalmalarının düzgün xərclənməməsi kimi məsələlərdə hallanır. 

Eldar Əzizov Azərbaycan Prezidentinin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı şəhər icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. 

Ölkə başçısının 15 noyabr 2018-ci il tarixli sərəncamı ilə Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook