SON XƏBƏR

Bu rayonlara prokuror təyin edildi

İyul 14
12:46 2022
Kürdəmir və Ağdaş rayonlarına yeni prokurorlar təyin edilib.

"Report”un xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Belə ki, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyin olunub.

Habelə, Anar Əliyev Ağdaş rayon prokuroru vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook