Bu ölkələr “Avroviziya-2023”də iştirak etməyəcəklərini açıqladılar
Oktyabr 17
10:57
2022
Üç ölkə gələn il Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək Eurovision 2023 Mahnı Müsabiqəsində iştirak etməyəcəklərini açıqlayıb.
Yeniavaz.com "The Manila Times”a istinadla xəbər verir ki, bunlar Balkan ölkələri – Bolqarıstan, Şimali Makedoniya və Monteneqrodur.
Bolqarıstan rəsmiləri açıqlayıblar ki, onlar müsabiqəyə marağı itiriblər.
"Bolqarıstan "Eurovision 2023”də və çox güman ki, gələcək buraxılışlarda da iştirak etməyəcək”, – onlar Yunanıstandakı Eurovision Fans Ümumi Təşkilatına (OGAE) verdikləri açıqlamada bildiriblər.
Monteneqronun ictimai yayım şirkəti RTCG maliyyə səbəblərinə və şou üçün Böyük Britaniyada qalmanın yüksək xərclərinə, həmçinin sponsorlarının "maraqsızlığına” görə gələn ilki şoudan imtina etdiyini açıqlayıb.
Bolqarıstan və Monteneqroda gələn ilki şounun yayımlanacağı bəlli deyil, lakin Şimali Makedoniya iştirak etməməsinə baxmayaraq, 2023-cü il üçün bütün şouları yayımlayacaq və ölkənin iqtisadi vəziyyətindən asılı olaraq 2024-cü ildə geri dönüşü gözlənilə bilər.