SON XƏBƏR

Bu ölkədə ÜST nümayəndəsi persona non-qrata elan edildi – Səbəb

May 14
16:02 2020
Burundi hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Kazadi Mulombonu ölkədən çıxarmaq qərarına gəlib

AFP xəbər verir ki, Xarici İşlər Nazirliyinin bu barədə açıqlamasında ÜST nümayəndəsinin, həmçinin nümayəndəlikdə yeni koronavirus və başqa yolxucu xəstəliklərə qarşı mübarizə tədbirlərini əlaqələndirən 2 əməkdaşın, 1 nəfər də molekul biologiyası ekspertinin persona non-qrata elan edilərək və mayın 15-dək ölkə ərazisini tərk etməli olduqları göstərilir.

"Bu, koronavirusa qarşı mübarizədə Burundini dəstəkləməkdə mükəlləf olan ÜST komandasıdır. Onlar ölkədən çıxarılacaq, çünki Səhiyyə Nazirliyi ÜST-ü tam kənarlaşdırır və bu məsələyə yolverilməz müdaxilə etməkdə qınayır”, – hökumətdəki mənbə bildirib.

Qeyd edək ki, Burundi XİN-i ötən ay bu istiqamətdə addımlar atmış, amma Prezident Pyer Nkurunziza ilə ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus arasındakı danışıqlardan sonra məsələ təxirə salınmışdı.

Burundi hökuməti səhiyyə xadimləri tərəfindən vaxtaşırı olaraq koronavirusa dair məlumatları gizlətməkdə ittihamlara məruz qalır. Rəsmi məlumatlara görə, hazırda ölkədə koronavirusa 27 nəfər yoluxub, 1 nəfər ölüb/Report.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook