Bu ölkədə müxalifətin reytinqi artır
Aprel 18
00:13
2022
Hər iki almandan biri Almaniyanın kansleri Olaf Şolts və hökumətin işindən narazıdır. Federal hökumətin reytinqi daha da aşağı səviyyədədir.
2022-ci il aprelin 11-dən aprelin 14-dək keçirilmiş sorğuda ümumilkdə 1402 nəfər iştirak edib. Sorğunun nəticələrinə əsasən, iştirakçıların 49 faizi hazırkı kansler Olaf Şoltsdan narazıdır. 38 faiz isə onun işindən razılıq edib.
Ümumilikdə cəmi 35 faiz hökumətin işini müsbət qiymətləndirib. Narazı olanlar isə 55 faiz təşkil edib.
Soğrunun nəticələrinə əsasən, Olaf Şoltsun Sosial Demokrat Partiyası müxalif CDU/CSU blokuna reytinqlərdə uduzur. Sonuncu potensial seçkilərdə 26 faiz səs toplaya və rəqibini 1 faiz qabaqlaya bilər.
Bunu "Bild am Sonntag" portalı üçün təşkil olunmuş INSA sorğusunun nəticələri göstərir.