Bu ölkədə 3-cü doza vaksin vurulacaq
İyul 30
10:40
2021
İsrailin Baş naziri Naftali Bennett ölkədə 60 yaşdan yuxarı insanlara ABŞ istehsalı olan "Pfizer” peyvəndinin 3-cü dozası vurulması ilə bağlı kampaniya başladığını elan edib.
Qaynarinfo-nun məlumatına görə, Bennett qeyd edib ki, artıq İsrail Səhiyyə Nazirliyinin ekspert heyəti 3-cü dozanın vurulması ilə bağlı proqramı rəsmən təsdiqləyib: "Üçüncü dozanın vurulması üçün milli kampaniyaya başladıq. İlk olaraq prezident Yizhak Herzoq 3-cü dozanı qəbul edəcək".
Baş nazir üçüncü dozanın vurulması prosesinin, nəticələrinin mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılacağını da bildirib.