Bu il Rusiyada hakimiyyət dəyişikliyi ola bilər - Putinlə bağlı şok məlumatlar (ŞƏRH)
Yanvar 06
14:28
2021
Bu ilin aprel ayının sonuna kimi Rusiyada ciddi dəyişiklik baş verə bilər.
Qaynarinfo xəbər verir ki, bu fikirləri politoloq Xaqani Cəfərli bildirib. Onun sözlərinə görə, Rusiya Prezidentinin səhhəti ilə bağlı yayılan məlumatlar təsadüf deyil:
"Artıq bir neçə aydır ki, Qərb mediasında və düşüncə mərkəzlərində, eləcə də Rusiyanın ictimai-siyasi dairələrində prezident Vladimir Putinin səhhəti ilə bağlı 2021-ci ildə hakimiyyətdən gedə biləcəyi haqqında məlimatlar yayılır, müzakirələr aparılır. Rusiya prezidentinin səhhəti ilə bağlı məlumatlar ötən ilin noyabrından başlayaraq daha mütəmadi şəkildə yayılmağa başladı. Ötən ilin noyabrında "Daily Mail”, "New York Post”, "Mirror” və "The Sun” kimi mətbu orqanlarda Vladimir Putinin xəstə olması, ailə üzvülərinin onu hakimiyyətdən əl çəkməyə inandırmağa çalışmaları haqqında məlumatlar yayıldı. Nüfuzlu media orqanlarının iddiasına görə, prezident Putin Parkinson xəstəliyindən əziyyət çəkir. Almaniya mətbuatı da hesab edir ki, Putində Parkinson xəstəliyinin olması haqqında məlumatlarda həqiqət payı çoxdur. Bu məlumatlar yayıldıqdan dərhal sonra Krem rəsmiləri tez-tələsik Putinin xəstə olması haqqında məlumatı qəti şəkildə təkzib edərək, prezidentin tam sağlam olduğunu bəyan etdilər. Lakin Kreml rəsmilərinin bu cənfəşanlığı 68 yaşlı prezidentin səhhətinin yaxşı olduğuna inam yaratmadı.
ABŞ-da nəşr olunan "The Week” dərgisi isə 2014-cü ilin ilk ayında dərc etdiyi bir məqalədə prezident Putinin bel xərçəngindən əziyyət çəkməsi ilə bağlı məlumat yayıldı. Bu məlumatın yayılmasından bir neçə ay sonra isə "New York Post” qəzetinin əlavəsi hesab olunan "Page Six” nəşrində Putində mədəaltı vəzin xərçəngi xəstəliyinin olması ilə bağlı məlumat yayıldı. Bu məlumatın yayılmasından bir neçə ay sonra, 2015-ci ilin fevralında "USA Today” qəzetində Putinin Asperq sindromundan əziyyət çəkməsi ilə bağlı məqalə dərc edildi. Məqalə müəllifi Rey Loker ABŞ Müdafiə Nazirliyinin Hərtərəfli Proqram Qiymətləndirmə Ofisi tərəfindən aparılan bir araşdırmaya istinad edərək, Rusiya prezidentinin Asperq sindromundan əziyyət çəkdiyini gündəmə gətirdi.
Əgər bir neçə il əvvəl Peskovun təkzibləri Rusiya cəmiyyəti və dünya ictimaiyyəti tərəfindən etimadla qarşılanırdısa, indi vəziyyət dəyişib. Çünki prezident Putinin səhhəti ilə bağlı məsələlər artıq Rusiyanın ictimai-siyasi dairələrində çox geniş və açıq şəkildə müzakirə olunur.
Rusiyanın ən çox istinad edilən politoloqu hesab edilən professor Valeri Solovyov bir neçə aydır ki prezident Putinin xəstə olması ilə bağlı fikirlər səsləndirir. Son zamanlara kimi professor bu fikirlərini mücərrəd ibarələrlə ifadə edirdisə, indi çox açıq şəkildə Putinin onkoloji və əsəb xəstəliyindən əziyyət çəkdiyini açıq mətnlə söyləməkdən çəkinmir. Son həftələr isə hətta bir qədər də irəli gedərək Putinin auditoriya və ekran qarşısına çıxmaq üçün güclü ağrıkəsicidən istifadə etmək məcburiyyətində olduğunu söyləyir.
Putinin hakimiyyət başına gətirilməsi prossesindən başlamış səhhəti ilə bağlı yayılan məlumatların ümumi təhlili belə qənaət yaradır ki, aprel ayının sonuna kimi Rusiyada ciddi dəyişiklik baş verə bilər…”
Qaynarinfo xəbər verir ki, bu fikirləri politoloq Xaqani Cəfərli bildirib. Onun sözlərinə görə, Rusiya Prezidentinin səhhəti ilə bağlı yayılan məlumatlar təsadüf deyil:
Putinin səhhəti ilə bağlı məlumatlar 2003-cü ildən zaman-zaman mediada yer alıb. Hələ 2003-cü ildə Putinin ayaqlarında ekzema dəri xəstəliyi olması ilə bağlı məlumat yayıldı. Bu məlumat ətrafında bir müddət müzakirə getsə də, Putinin səhhəti ilə bağlı müzakirələr çox incə şəkildə mediadan yığışdırıldı. Rusiya prezidentinin səhhəti ilə bağlı mövzu gündəmə bir də 2012-ci ildə gəldi. Putinin bel ağrısından əziyyət çəkməsi ilə bağlı bir neçə hal medianın gözündən yayınmadı. Hətta bir dəfə oturduğu stuldan ayağa qalxmağa çətinlik çəkən Putinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yardım etməsi kameralar tərəfindən qeydə alınmışdı. Putinin bu halı belində hansısa problemlər olması ilə bağlı iddiaların ortaya çıxmasına səbəb oldu.
Ötən ilin yayında isə Tibb elmləri doktoru, professor İqor Qundarov Vladimir Putinin cüzama yoluxmuş ola biləcəyini bəyan etdi. Professorun fikirlərinə görə, hava yolu ilə yoluxan cüzam xəstəliyinin Putinə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkodan keçməsi ehtimalı var. Bununla bağlı prezident Putinə təlimat yazdığını bildirən professor Qundarov hesab edir ki, Yuşenko ilə görüşən bütün liderlərin də cüzam xəstəliyinə yoluxma ehtimalı mövcuddur. Putinin xəstəliyi ilə bütün bu məlumatlar prezidentin köməkçisi və mətbuat katibi Dmitri Peskov tərəfindən qətiyyətlə təkzib edilib.