SON XƏBƏR

Bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq

Yanvar 10
16:33 2025
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq.

Nazirlikdən verilən məlumata görə, onlardan ikisi Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.

Bildirilib ki, sosial xidmət mərkəzlərində sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevtlər tərəfindən əlilliyi olan uşaqlara və sosial xidmətə ehtiyacı olan digər şəxslərə, ailələrə sosial-reabilitasiya xidmətləri göstəriləcək.

Bununla da Agentliyin sosial xidmət mərkəzlərinin sayı 10-a çatdırılacaq.

Xatırladaq ki, hazırda Abşeron, Sabunçu, Nərimanov, Yasamal sosial xidmət mərkəzləri və Sumqayıt sosial xidmət kabineti fəaliyyət göstərir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook