Bu il Bakıda məktəbi qızıl və gümüş medalla bitirən məzunların sayı açıqlanıb
İyul 28
11:30
2022
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 22-si qızıl, 16-sı gümüş nişana layiq görülüb.
Bu barədə "Report"a İdarədən məlumat verilib.
Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.
Bu barədə "Report"a İdarədən məlumat verilib.
Bildirilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 34, 44, 53, 72, 108, 111, 125, 128, 129, 149, 187, 236, 249, 89 (2 nəfər) nömrəli tam orta məktəblərin, 62 nömrəli məktəb-lisey, 147 nömrəli Texniki-humanitar lisey, 291 nömrəli "Ekologiya” liseyi, 2 nömrəli Texniki-humanitar lisey (2 nəfər), 287 nömrəli "Zəkalar” liseyinin (2 nəfər) şagirdləri qızıl, 27, 44, 72, 128, 149, 175, 196, 214, 260, 281, 313, 18 (2 nəfər), 309 (2 nəfər) nömrəli tam orta məktəblərin, 220 nömrəli məktəb-liseyin şagirdləri isə gümüş medalla təltif edilib.