SON XƏBƏR

Bu il Azərbaycanda 616 əkiz, 33 üçəm doğulub

Aprel 15
16:23 2022
Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20462 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olub.

Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook