Bu il Azərbaycanda 14281 boşanma hallı qeydə alınıb
Dekabr 18
10:43
2019
Bu ilin 10 ayında ölkədə 46403 ölüm halı qeydə alınıb.
"Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Hesabata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,6-ya düşüb.
Bundan başqa, bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51735 nikah və 14281 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,3-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.



