Bu icra başçısı da həbs edilə bilər...
Dekabr 03
18:01
2025
Son aylar paytaxtın Xətai rayonunda qanunsuz tikintilərin sayı artmaqdadır. Xətai rayon İcra Hakimiyyətinin icazəsi ilə aparılan bu tikintilər barədə sosial şəbəkələrdə yüzlərlə foto videolar var. Həmçinin son eş ildə Xətai rayonunda icra başçısı Rafiq Quliyev və komandasına məxsus yüzlərlə obyekt inşa edilib.
AzFakt.com-un əldə etdiyi məlumata görə Xətai rayonunda aparılan qanunsuz tikintilər, başçı və komandasının yüzlərlə obyekti hakimiyyətin yuxarı dairələrinin nəzərindən qaçmayıb.
Baş verənlərlə bağlı icra başçısı Rafiq Quliyevin Prezident Administrasiyasına çağrıldığı, tənbeh və xəbərdarlıq edildiyi bildirilir. Ancaq xəbərdarlığa baxmayaraq yenə də Rafiq Quliyev və komandası Xətai rayonunda iş başındadır. Yəni yenə də Xətai rayonunda qanunsuz tikintilər davam edir və günü-gündən artır.
AzFakt.com xəbər verir ki, qanunsuz tikintilərə şərait yaratdığı üçün Xətai icra başçısı Rafiq Quliyev yaxın həftələrdə vəzifəsi ilə vidalaşacaq. Məlumata görə Rafiq Quliyevin istəyi başqa bir rayona başçı getməkdir. Ancaq bu istəyin reallaşması da artıq çətinləşir. Çünki Rafiq Quliyev və komandasının görməmişcəsinə Xətai rayonununu qarış-qarış qanunsuz şəkildə satması iqtidarın yuxarı dairələrinin narazılığına səbəb olub.
Qeyd edək ki, 2019-cu il tarixindən Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

Qlobal.az