Bu gün yəhudilərin soyqırımı günüdür
Yanvar 27
14:44
2021
Bu gün Holokost qurbanlarının Beynəlxalq Anım Günüdür.
"Report” xəbər verir ki, 1945-ci il yanvarın 27-də sovet ordusunun Birinci Ukrayna cəbhəsi Osventsim-Birkenau ölüm düşərgəsinə ərazisinə daxil olub. Ölüm düşərgəsinin darvazalarını Lvov atıcı diviziyasının komandiri mayor Anatoli Şapiro açıb.
Bu düşərgədə 1,1 mln insan saxlanılıb. Onların təxminən bir milyonu yəhudi olub.
BMT Baş Assambleyası tərəfindən 2005-ci ildə Anım Günü təsis edilib. Koronavirusa görə bu il xatirə mərasimləri əsasən onlayn rejimdə keçiriləcək.
Holokost (yunanca: holokauston), "holos” (bütün) və "kaustos” (yanmış, köz olmuş) sözlərinin birləşməsindən əmələ gəlib və "tamamilə yanmış”, "yanıb kül olmuş” anlamını verir. Yəhudi soyqırımı, yaxud "Ha-Shoa” (ivritcə - fəlakət) Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.
Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır.
Qeyd edək ki, Holokost qurbanlarının Beynəlxalq Anım Günü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videomesajla çıxış edib, Türkiyə Xarici İşlər Nazirliyi isə bəyanat verib. Dövlət başçısı çıxışında nifrət nitqləri ilə mübarizənin sadəcə məğdurların deyil, bəşəriyyət olaraq hər kəsin birgə vəzifəsi olduğunu vurğulayıb: "Bu, sadəcə əxlaqi davranış deyil, BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" Konvensiyasına əsasən də öhdəlikdir. Beynəlxalq təşkilatlar, hökumətlər, mətbuat, siyasətçilər, vətəndaş cəmiyyəti, dini qruplar və nüfuzlu şəxslərin hər biri bu çərçivədə məsuliyyət daşımalıdır".