“Bu gün Ukrayna ilə bağlı “Marşal planı”nın əsası qoyula bilər" - Şarl Mişel
May 05
10:05
2022
"Bu gün Ukrayna ilə bağlı "Marşal planı”nın əsası qoyula bilər”.
"Report” "Ukrinform”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün, mayın 5-də Polşanın paytaxtı Varşavada keçiriləcək Ukraynaya yardımla bağlı konfrans ərəfəsində deyib.
"Varşavada keçiriləcək donor konfransının Ukrayna ilə bağlı Avropa "Marşal planı”nın başlanğıc nöqtəsi olacağına inanıram. Biz bunu etməliyik. Biz Ukraynanı mümkün qədər güclü dəstəklədiyimizi göstərməliyik”, - o bildirib.



