SON XƏBƏR

Bu gün Rusiya və ABŞ diplomatları İstanbulda görüşəcək

Aprel 10
10:06 2025
Rusiya və ABŞ nümayəndə heyətləri bu gün İstanbulda iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci mərhələsini keçirəcəklər.

APA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, görüşdə iki ölkənin xarici siyasət idarələrinin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, ilk belə görüş fevralın 27-də baş tutub və mətbuata bağlı qapılar arxasında söhbət 6 saatdan çox davam edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook