SON XƏBƏR

​Bu gün Prezident İlham Əliyev İrana səfər edəcək

Fevral 23
10:42 2016
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfər edəcək. "Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Cabir Ənsari məlumat verib.
 
O bu günlərdə Azərbaycan, İsveçrə və Cənubi Afrika prezidentlərinin İrana səfər edəcəyini bildirib.
 
Ənsarinin sözlərinə görə, Azərbaycan Prezidentinin Tehrana səfəri çərşənbə axşamı gözlənilir. İsveçrə prezidenti Yohann Niklaus Şnayder-Amman İrana 26-28 fevral aralığında, CAR prezidenti Ceykob Zuma isə fevralın 29-da səfər etməlidir. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan Prezidenti İlham Əliyevin fevralın sonlarında İrana səfər edəcəyini məlumat vermişdi. O səfərin İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşacağını, həmçinin səfər zamanı iqtisadiyyat və enerji sahələrində ikitərəfli sənədlərin imzalanacağını bildirmişdi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook