SON XƏBƏR

Bu gün İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək

İyun 23
12:57 2022
İsrailin xarici işlər naziri Yair Lapid bu gün Türkiyəyə səfər edəcək.

"Report” "TRT Haber”ə istinadən xəbər verir ki, o, həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Qarşılıqlı olaraq səfirlərin təyin olunması görüşün əsas mövzularından biri olacaq.

Bundan başqa, nazirlər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, bu, 16 ildən sonra İsrail xarici işlər nazirinin Türkiyəyə ilk səfəridir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook