SON XƏBƏR

Bu gün İranda parlament seçkiləri keçirilir

Fevral 26
11:41 2016
Bu gün İran parlamentinə - İslam Şura Məclisinə seçkilər keçirilir. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İran xalqı budəfəki seçkilərdə 10-cu dəfə öz deputatlarını seçirlər.
 
Artıq seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.
 
İranda keçirilən budəfəki parlament seçkilərində 290 yer uğrunda 5 minə yaxın namizəd mübarizə aparır.
 
Ölkənin paytaxtı Tehrandakı seçki məntəqələrindən birində səs verən İranın ali dini lideri Ayətullah Əli Xamanei keçirdiyi mətbuat konfansında bu cür bəyanat verib: "Mən bütün iranlıları seçkidə iştirak etməyə çağırıram. Öz hüquqlarınızdan istifadə edin". İran İslam Respublikasının parlamentində millət vəkili statusunda qalmaq müddəti 4 ildir. Həmçinin bu gün İslam Şura Məclisinə seçkilərlə yanaşı, 5-ci çağırış Ekspertlər Şurasına da səsvermə olacaq.
 
Qeyd edək ki, budəfəki parlament seçkilərində səsvermədə seçki hüququ olan 55 milyon insanın iştirak edəcəyi nəzərdə tutulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook