SON XƏBƏR

Bu gün Əfv Komissiyasının iclası keçiriləcək

Fevral 16
10:17 2021
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

Qlobal.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.

O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: "İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”.

"Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook