SON XƏBƏR

"Bu gün bütün xalq popkornla oturub tamaşa edir ki..."

Mart 29
21:41 2016
Yuliya Timoşenko Ukraynanın yeni hökumətində təmsil olunmağa hazır olduğunu bəyan edib: "Ancaq bunun üçün müəyyən şərtlərimiz var."

Moderator.az unian.ua istinadən xəbər verir ki, bunu "Batkıvşina”nın lideri, sabiq baş nazir Yuliya Timoşeko deyib.

Onun sözlərinə görə, əgər bizim əsas beş tələbimiz yerinə yetirilərsə, o zaman biz yeni formalaşacaq koalisiyada təmsil olunmağa razıyıq: "Bu şərtlər əsasən əməkhaqqı və pensiyaların indeksasiya olunması, tarif sistemində ciddi nəzarətin bərpa olunmasıdır.”
Timoşenko onu da əlavə edib ki, biz təkliflərimizi hakimiyyətə təqdim etmişik. "Onlar isə deyilər ki, əvvəlcə koalisiyaya daxil olun, təkliflərinizə sonra baxarıq. Amma biz deyirik. əvvəlcə camaat üçün nəsə edin ki, sonra da kimdənsə koalisiyaya daxil olmağı tələbə edəsiniz.”

Qeyd edək ki, bu gün səhər parlamentdə çıxış edən Timoşenko bildirib ki, baş nazir Arseni Yasenyukun istefa verib onun yerinə Vladimir Qroysmanla əvəzlənməsi hər hansı yeniliyə səbəb olmayacaq.”Bu gün bütün xalq popkornla oturub tamaşa edir ki, görəsən bu siyasətçilərdə vicdan varmı ki, bu epopeyanı başa vursunlar və real olaraq xalqı düşünsünlər.”
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook