Bu gün Brüsseldə Aİ Şurası, Azərbaycan və Ermənistanın liderləri görüşəcək
Dekabr 14
05:25
2021
Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
"Report”un məlumatına görə, görüş "Şərq Tərəfdaşlığı” proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində baş tutacaq.
Əvvəlcə Prezident İlham Əliyevlə Şarl Mişel arasında ikitərəfli görüş olacaq.
Avropa İttifaqı Şurasının Prezidenti daha sonra Nikol Paşinyanla danışıqlar aparacaq.
Sonra isə liderlər arasında üçtərəfli görüş keçiriləcək.



