SON XƏBƏR

Bu gün BMT Təhlükəsizlik Şurasında Fələstinə dair qətnamə səsverməyə çıxarılacaq

İyun 01
13:52 2018
Bu gün BMT Təhlükəsizlik Şurasında mülki fələstinlilərin beynəlxalq səviyyədə qorunmasına dair qətnamə layihəsinin təsdiqlənəcəyi gözlənilir.
 
"Report” "TRTHaber”ə istinadən xəbər verir ki, layihə şuranın müvəqqəti üzvü olan Küveyt tərəfindən təqdim olunub.
 
Sənədlə bağlı iki həftədir Təhlükəsizlik Şurasında müzakirə aparılır. Layihə mayın 31-də qəbul edilməli idi. Ancaq təsdiqlənmə təxirə salınaraq, iyunun 1-ə keçirilib.
Layihənin ilkin varinatında "İsrailin Qəzzanı mühasirəyə alması” ifadəsi olub. Müakirələrdən sonra "mühasirə” sözü "hərəkət və giriş məhdudiyyəti” ilə əvəz edilb.
 
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli yazılı açıqlama yayaraq layihəyə veto qoyacaqlarını bildirib. O sənədin əxlaqi cəhətdən düzgün olmadığını vurğulayıb: "Layihə israillilərlə fələstinlilər arasında sülh səylərini baltalamağa xidmət edən birtərəfli yanaşmadır. Qəzzada baş verən qanlı hadisəyə görə məsuliyyəti HƏMAS daşıdığı halda layihədə ondan bəhs edilməyib”.
 
Qətnamənin qəbul edilməsi üçün Təhlükəsizlik Şurasının 15 üzvündən azı 9-nun lehinə səsverməsi, daimi üzvlər ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiyanın isə veto qoymaması lazımdır.
 
Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook