Bu gün Azərbaycanla İran arasında yeni sənəd imzalanacaq
Mart 11
13:55
2022
Bu gün Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanacaq.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirilib.
Anlaşma Memorandumu yeni nəqliyyat yollarının açılmasına xidmət edəcək.



