SON XƏBƏR

Bu gün AstraZeneca peyvəndinin taleyi həll ediləcək

Mart 18
10:13 2021
Avropa Dərman Agentliyi (EMA) cümə axşamı xüsusi iclasında İngiltərə-İsveç şirkəti "AstraZeneca”nın koronavirus peyvəndi ilə əlaqədar vəziyyətini nəzərdən keçirəcək.

Tənzimləyici açıqlamasında peyvəndin gələcək istifadəsi ilə bağlı nəticələrin mövcud məlumatlar əsasında veriləcəyini bildirib. Tənzimləyici dərmanın sonrakı istifadəsi üçün son tövsiyələri təyin edəcək.

Qeyd edək ki, bir qədər əvvəl EMA peyvəndin faydalarının sənədləşdirilməmiş yan təsirlərin risklərindən çox olduğunu bildirmişdi.

Çərşənbə günü də ÜST-ün bu peyvənddən istifadəni dayandıran ölkələrə yenidən "AstraZeneca”ya qayıtmaları üçün tövsiyə verdiyi məlum olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook