SON XƏBƏR

Bu gün AMEA-da 2 nəfər birinci vitse-prezident seçiləcək

Dekabr 28
11:01 2019
Bu gün AMEA-nın Ümumi yığıncağı keçiriləcək.

Qlobal.az "Report”a istinadən xəbər verir ki, iclasda Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edəcəklər.

Yığıncaqda "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.

Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.

Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook