Bu firma çörəyin çəkisini süni şəkildə endirdi - FOTOFAKT
Dekabr 24
13:31
2015
20 dekabr devalvasiyasından sonra Azərabaycanda qida sənayesi sahəsində çoxlu sayda süni qiymət artımları ortaya çıxıb.
Bir çox şirkətlər böhran xəbərindən istifadə edərək məhsullarının qiymətini qaldırıblar. Bu gün ölkədə əsas istehlak məhsulu olan çörəyin də qiymətinin süni şəkildə qaldırılması halları müşahidə olunub. Qiymət artımını edə bilməyənlər isə, çörəyin çəkisini azaltmaqla gəlir əldə etməyə çalışırlar.
Redaksiyamıza göndərilən oxucu məktubunda məhz çörəyin çəkisinin azaldılması faktı ortaya çıxıb.
Vətəndaş Binəqədi rayonu, 8-ci mikrorayon ərazisindəki marketlərin birində "Nur” firmasının istehsal etdiyi çörəyi alıb. Aldığı çörəyi evinə gətirən vətəndaş maraqlı bir mənzərə ilə qarşılaşıb. O, devalvasiyadan öncə istehsal edilən çörəklərin üzərində çəki olaraq 680 qram yazıldığını görsə də, bu günkü çörəklərin üzərində həmin çəkinin silindiyinin şahidi olub. O öz tərəzisi ilə çörəyi çəkdiyi zaman isə, onun 500 qram olduğunu görüb.
AZXEBER.COM