SON XƏBƏR

"Bu, ən böyük hücumlardan biri idi" - Zelenski

Avqust 26
15:11 2024
Rusiyanın Ukrayna ərazisinə bugünkü zərbələri ən böyük hücumlardan biri olub və mülki infrastruktura yönəlib.

"AzPolitika” xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski videomüraciətində bildirib.

"Hazırda bütün ölkədə Rusiya ordusunun zərbəsinin nəticələrinin aradan qaldırılması davam edir. Bu, yüzdən çox müxtəlif tipli raketlər və yüzə yaxın kamikadze hücumlarından biri idi. Xarkov vilayətindən, Kiyevdən tutmuş, Odessaya və qərb bölgələrimizə qədər, çox təəssüf ki, onlarla yaralımız var. Hər kəsə lazımi yardım göstərilir”,- Zelenski deyib.

Ukrayna lideri qeyd edib ki, düşmənin zərbəsi nəticəsində energetika sahəsinə xeyli ziyan dəyib.

Bundan əlavə, o qeyd edib ki, Rusiya təcavüzünə müqavimət göstərmək üçün tərəfdaşların qətiyyətli qərarları lazımdır.

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından Ukraynanın müxtəlif şəhərlərinə dron və raketlərlə hücum edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook