SON XƏBƏR

Bu bankların əmlakları hərraca çıxarılır

May 14
09:55 2024
İyunun 3-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AtraBank” ASC-nin, iyunun 4-də isə "Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət "AtraBank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Droqalnıy döngəsi, ev 4 ünvanındakı dəyəri 60 min manat olan 47,30 kv.metrlik mənzildən, eləcə də "Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 525 min manat olan 252,6 kv.metrlik, dəyəri 505 min manat olan 251,8 kv.metrlik, dəyəri 542 min manat olan 2 ədəd 270,9 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook