"Bu ağır itki bizim hamımızın ümumi kədərimizdir" - Abdullah Gül
Yanvar 07
16:56
2025
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığında deyilir:
"Hörmətli cənab Prezident.
Bu faciə ilə əlaqədar Zati-alinizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Dəhşətli qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbir diləyir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram.
Bu ağır itki bizim hamımızın ümumi kədərimizdir. Belə bir faciənin bir daha yaşanmamasını diləyirəm.