SON XƏBƏR

BŞTİ sinif yoldaşlarını təhdid edən şagirdin durumuna aydınlıq gətirdi

Dekabr 15
13:34 2021
"Bakı şəhəri, Suraxanı rayonu, 282 nömrəli məktəbdə özünü aqressiv aparan şagird tədrisinə davam edir və psixoloq dəstəyi alır".

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, cəmiyyət belə insanlara qarşı həssas olmalıdır: "Əlbəttə ki, həmin şagirdin psixoloji durumunda problem var. Amma onun üzərinə gedib ittiham etməyimiz düzgün yanaşma deyil".

M.Vəliyeva bildirib ki, eyni hal hazırda başqa məktəbdə də özünü büruzə verib: "Valideynlər ayağa qalxıb, şikayət edirlər. Bu, yaxşı hal deyil. Biz cəmiyyət olaraq onları qəbul etməli, inkişafları istiqamətində əlimizdən gələni etməliyik. Şagirdlərin müəyyən məhdudiyyətləri varsa, bunun aradan qaldırılması istiqamətində işlər görməliyik".

Qeyd edək ki, Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi tədris prosesi zamanı özünü çox aqressiv aparıb, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edib. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirib, nizam-intizam qaydalarına riayət etməyib və dərs prosesini pozub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook