BŞBPİ şəhid ailəsinə təzyiq olunmasına münasibət bildirib
İyul 08
14:01
2019
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı məlumatlara münasibət bildirib.
"Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yayılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır. Xətai rayonunda yaşayan Arzu Əliyeva oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır", - E.Hacıyev vurğulayıb.
Faktla bağlı toplanmış matreallar Xətai rayon Prokurorluğuna göndərilmişdir.
Oğuluqda şübhəli bilinən Q.Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir".



