SON XƏBƏR

Brüsseldə həyəcan: terror əleyhinə marş terror təhlükəsinə görə təxirə salındı

Mart 26
22:19 2016
Brüsseldə martın 27-ə təyin olunmuş "Qorxu əleyhinə” marşın təşkilatçıları tədbirin vaxtını dəyişmək qərarına gəliblər.
 
Musavat.com-un məlumatına görə, bu barədə "Net Nieuwsblad” nəşri məlumat yayıb.
 
"Vətəndaşların təhlükəsizliyi mütləq prioritetdir. Bununla biz tədbirin daha uzaq tarixə keçirilməsi ilə bağlı hökumətin təklifinə qoşuluruq”, – deyə təşkilatçılar qeyd ediblər.
 
Onlar həmçinin, marşa qatılmaq istəyənlərə belə bir xahişlə müraciət ediblər ki, martın 27-də Brüsselə gəlməsinlər.
 
Xatırladaq ki, martın 22-də Brüssel hava limanında və metrostansiyalarının birində törədilən terror aktları zamanı 33 nəfər həlak olub, 316 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook