Brüssel görüşü öncəsi Putindən Bakı və İrəvana zəng: Moskva nə istəyir?
Aprel 01
16:31
2022
Xəbər verdiyimiz kimi, dünən Rusiya Prezidentinin həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı baş tutub. Telefon danışığı əsnasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub.
Hər iki telefon danışığında 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, bu telefon zəngləri Azərbaycan Prezidentilə Ermənistan baş nazirinin Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyilə görüşü ərəfəsinə təsadüf edir. Həmin görüş aprelin 6-da baş tutmalıdır. Onu da xatırladaq ki, Qərb rəsmilərinin vasitəçiliyilə olan əvvəlki görüş ərəfəsində də Putinin hər iki ölkə liderlərilə telefon danışığı olmuşdu. Bu isə o deməkdir ki, Rusiya Prezidenti Qarabağ məsələsilə bağlı Qərbin atdığı və yaxud atmaq istədiyi bütün addımları izləyir.
Kreml üçün isə indiki halda, Cənubi Qafqazda gərginliyin artması arzuolunan deyil. Çünki hazırda Rusiyanın bütün diqqəti Ukrayna cəbhəsinə yönəlib. Bu fonda Moskva çəkinir ki, digər bölgələrdə, o cümlədən Qarabağda gərginliyin artması ilə meydana çıxa biləcək hansısa nəticələr Qərbin maraqlarına cavab verməklə Rusiyanın nəzarətindən kənarda baş verə bilər. Sözsüz ki, Moskva belə bir ssenarini arzulamır. Ona görə də indiki vəziyyətdə Rusiya üçün Qarabağda nisbi sakitliyin hökm sürməsi daha məqbul variantdır.
Hər iki telefon danışığında 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, bu telefon zəngləri Azərbaycan Prezidentilə Ermənistan baş nazirinin Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyilə görüşü ərəfəsinə təsadüf edir. Həmin görüş aprelin 6-da baş tutmalıdır. Onu da xatırladaq ki, Qərb rəsmilərinin vasitəçiliyilə olan əvvəlki görüş ərəfəsində də Putinin hər iki ölkə liderlərilə telefon danışığı olmuşdu. Bu isə o deməkdir ki, Rusiya Prezidenti Qarabağ məsələsilə bağlı Qərbin atdığı və yaxud atmaq istədiyi bütün addımları izləyir.
Başqa bir tərəfdən, son zamanlar Qarabağda vəziyyət yenidən müəyyən qədər gərginləşib. Azərbaycan Ordusu 10 noyabr bəyannaməsindən irəli gələn şərtlərə uyğun olaraq Xocalının Fərrux kəndinə nəzarəti bərpa edib. Bu isə İrəvanı və onun Moskvadakı hamilərini əməlli-başlı qıcıqlandırıb.



