SON XƏBƏR

"Broker Əbülfəz"in həbsinin səbəbləri: Marşal adalarında offşor şirkətlər, Londonda biznes... (FOTOLAR)

Avqust 22
00:14 2022
"Broker” Əbülfəzin (Əbülfəz Məlikov) həbsinin güman ki, səbəblərindən biri "Marşall işi” ilə əlaqədardır. Söhbət Əbülfəz Məlikovun oğlu Murad Məlikovun Marşall adalarında qeydiyyatdan keçmiş offşor şirkətlər üzərindən Londonda biznes qurmasında gedir”.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli qeyd edib ki, WISEBOROUGH ESTATE LLP əmlak şirkəti hələ 2011-ci il noyabrında Britaniya Şirkətlər Evində qeydiyyatdan keçib:

"Təsis sənədlərində ilk olaraq şirkəti Marşall adalarında qeydiyyatdan keçmiş BETACITY INVESTMENT LTD, GRIFOLA TRADING LTD, MS-PROXY SERVICES LTD, PINTOX SYSTEMS LIMITED, S&P IMPEX SOLUTIONS LTD, SYTEN GROUP LIMITED Panamada qeydiyyatdan keçmiş PAFOS BUSINESS S.A təmsil edib. 2018-ci ilin yanvarından isə Əbülfəz Məlikovun oğlu Murad Məlikov və "Karqo Şamil” kimi tanınan Şamil Heydərovun oğlu Kamal Heydərov şirkətdə rəsmi olaraq imza sahibi kimi tanınırlar. Hər iki şəxsin adı Marşall, Seyşell və Belize adalarında fəaliyyətdə olan offşor şirkətlər (TALLBERG LTD, UNIWELL, INC., INTRAHOLD A.G., IRELAND & OVERSEAS ACQUISITIONS LTD., MILLTOWN CORPORATE SERVICES LTD., MONOHOLD A.G.) üzərindən Londonda qeydiyyatdan keçmiş daha bir şirkətdə - CTR UNIVERSAL LLP-də imza sahibidirlər”.
 

 

 

 

 

 

 

 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook