SON XƏBƏR

Britaniyanın baş naziri yeni yardım paketi ilə Kiyevə gedir

Yanvar 12
13:29 2024
Böyük Britaniya 2024-cü ildə Ukraynaya 2,5 milyard funt-sterlinq dəyərində hərbi yardım edəcək ki, bu da əvvəlki iki ildəkindən 200 milyon funt-sterlinq çoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC-nin Rus xidməti məlumat yayıb.

Böyük Britaniyanın baş naziri Rişi Sunak cümə günü Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsən görüşəcək.

Vəsaitin bir hissəsinin Ukrayna üçün pilotsuz uçuş aparatlarının, o cümlədən kəşfiyyat, hücum və dəniz PUA-larının alınması və istehsalına xərclənməsi planlaşdırılır.

Bundan əlavə, söhbət uzaqmənzilli raketlərin, hava hücumundan müdafiə sistemlərinin və artilleriya mərmilərinin tədarükündən gedir.

Sunak həmçinin Zelenski ilə kəşfiyyat məlumatlarının mübadiləsi, tibbi və hərbi təlim, müdafiə-sənaye əməkdaşlığını əhatə edən təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq.

Qeyd edək ki, Böyük Britaniya ABŞ-dan sonra Ukraynaya ən böyük hərbi yardım tədarükçüsüdür.

Sunak Kiyevə sonuncu dəfə 2022-ci ilin noyabrında səfər edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook