SON XƏBƏR

"Britaniya və Fransa Kiyevi nüvə bombası ilə silahlandırmağa hazırlaşır" - Rusiya kəşfiyyatı

Fevral 24
12:33 2026
Britaniya və Fransa Kiyevi nüvə silahı ilə təchiz etməyə hazırlaşır.

"AzPolitika" xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) bu gün yaydığı rəsmi açıqlamaya görə, London və Paris gizli şəkildə Ukraynaya nüvə silahı və onun daşıyıcı vasitələrini ötürmək planlarını fəal şəkildə işləyir.

SVR-in məlumatına əsasən, söhbət Avropa komponentlərinin, avadanlıqlarının və texnologiyalarının gizli yolla Ukraynaya verilməsindən gedir. Xüsusilə, Fransa istehsalı olan kiçik ölçülü nüvə döyüş başlığı TN75-in (sualtı qayıqların M51.1 ballistik raketi) Kiyevə ötürülməsi variantı nəzərdən keçirilir.

Açıqlamada vurğulanır ki, Britaniya və Fransa rəhbərliyi bu silahı "Ukraynanın öz inkişafı” kimi təqdim etmək istəyir ki, beynəlxalq hüquq pozuntusu kimi görünməsin. SVR qeyd edir ki, Almaniya bu "təhlükəli macəraya” qoşulmaqdan imtina edib.

Hazırda Britaniya və Fransa tərəfindən heç bir rəsmi şərh verilməyib. Ukrayna tərəfi də məsələyə münasibət bildirməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook