SON XƏBƏR

Britaniya dəniz koalisiyası çərçivəsində Ukraynaya iki minaaxtaran gəmi verəcək

Dekabr 11
13:59 2023
Böyük Britaniya və Norveç Ukraynanın dənizdə fəaliyyət qabiliyyətini gücləndirməsi üçün yeni dəniz koalisiyasına başlayıb.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytı məlumat yayıb.

Koalisiyanın bir hissəsi olaraq Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bu gün, dekabrın 11-də Kral Hərbi Dəniz Qüvvələrinə məxsus iki minaaxtaran gəminin Ukrayna Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsini təsdiq edəcək.

Nazirlik qeyd edir ki, yeni koalisiya Kiyevə uzunmüddətli dəstək, xüsusilə Qara dənizdə təhlükəsizliyi gücləndirmək üçün təlim, avadanlıq və infrastruktur verəcək.

Bu yeni təşəbbüslə yanaşı, Müdafiə Nazilriyi bildirir ki, Şapps Böyük Britaniyanın Ukraynaya hərbi dəstəyinin daha ətraflı təfərrüatlarını təqdim etməlidir.

Nazirlik əmin edir ki, dəniz koalisiyası çərçivəsində dəstək uzunmüddətli olacaq və Kiyevə dəniz qüvvələrini transformasiya etməyə, onları Qərb müttəfiqləri ilə uyğunlaşdırmağa və Qara dənizdə təhlükəsizliyi gücləndirməyə kömək edəcək.

"Bu minaaxtaran gəmilər Ukraynaya dənizdə insanların həyatını xilas etməyə kömək edəcək və Putinin qanunsuz tammiqyaslı işğalına başladığı vaxtdan əhəmiyyətli dərəcədə məhdudlaşdırılan mühüm ixrac marşrutlarını açmağa kömək edəcək həyati qabiliyyət verəcək”, deyə Şapps bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook