Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şuşada olublar
Noyabr 11
02:45
2021
Bu gün Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şuşaya səfər ediblər. "Report” xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov tvitter hesabında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun iştirakı ilə baş tutan səfərdə dostluq qrupunun rəhbəri Bob Bləkmən və digər üzvlər Şuşanın tarixi məkanlarını ziyarət ediblər.



