Brilyant Dadaşova: “İlhamə məni hər zaman pislədi”
Fevral 29
16:18
2016
Xalq artisti Brilyant Dadaşova fevralın 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva haqqındakı ürək sözlərini sosial şəbəkədəki dostları ilə bölüşüb.
Oxu.az xəbər verir ki, Dadaşova primadonnanın hər zaman onu pislədiyini yazıb:
"Əziz dostlar! Qəlbimiz hər zaman sevgi ilə dolsun. Sənəti gözəl olan İlhamə Quliyevaya Allahdan rəhmət diləyək. Mən onu hər zaman təriflədim.
O məni hər zaman pislədi. Yalnız biz onun səsi ilə böyüdük. Uca Tanrı onu gözəl səsinə bağışlasın. Bəlkə də bu həyatda bəxti gətirmədiyinə görə belə idi. Allah heç olmasa, o dünyasını versin”.
Xatırladırıq ki, İlhamə Quliyevanın ölümə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub.