SON XƏBƏR

Bred Pitt və Ancelina Colinin qızı atasının soyadından imtina etdi

May 27
23:21 2024
Aktyorlar Ancelina Coli və Bred Pittin qızı Vivyen atasının soyadından imtina edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Ancelina Colinin qızı ilə birlikdə işlədiyi "The Outsiders" adlı musiqili filmin posterində qız "Vivyen Coli-Pitt" deyil, "Vivyen Coli" kimi qeyd olunub. Lakin ulduz varisin rəsmi olaraq soyadını dəyişib-dəyişdirmədiyi hələlik məlum deyil.
 
Ancelina Colinin altı övladı var: oğulları Maddoks Şivan, Paks Tyen və Noks Leon, qızları Zaxara Marli, Şaylo Nuvel və Vivyen Marşelin. Onların hamısı Coli-Pitt soyadını daşıyır, baxmayaraq ki, yalnız üçü - Şaylo, Noks və Vivyen - Ancelina və Bredin bioloji övladlarıdır. 19 sentyabr 2016-cı ildə aktrisa Pittdən boşanmaq üçün ərizə verib, lakin rəsmi olaraq onıar yalnız 2019-cu ildə boşanıb.
 
Ancelina Coli bu yaxınlarda keçmiş ərinin 2016-cı ildə boşanmadan çox əvvəl onu döydüyünə eyham vurmuşdu. Colinin hüquq qrupu Pittin aktrisanın ortaq şərab zavodu olan "Chateau Miraval French"in payını satmasına icazə verməyəcəyini detib. Bu açıqlamalardan sonra Pitt Colini ikiüzlü adlandırıb və onu yalan danışmaqda ittiham edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook